ain.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E “Strayk İql” (“Hücum qartalı”) təyyarəsinin səhər saatlarında İranın cənub-qərbində zərbə missiyası zamanı qəzaya uğradığı iddia edilir. Qəzanın səbəbi kimi İranın hava hücumundan müdafiə sistemləri göstərilir.
Axar.az xəbər verir ki, bu barədə müxtəlif mənbələrdə, xüsusilə X sosial şəbəkəsində məlumat yayılıb.
“Hər iki ekipaj üzvünün təhlükəsiz şəkildə katapult etdiyi və təxminən bir saat sonra ABŞ-İsrail döyüş axtarış və xilasetmə qrupunun İrana daxil olduğu və onları tapdığı bildirilir.
Lakin ABŞ rəsmiləri “Vaşinqton Post” qəzetinə açıqlamalarında bu məlumatı təkzib ediblər.
Hazırda məsələ ilə bağlı ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) rəsmi təsdiq verilməyib”, - məlumatda bildirilib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.