ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Martın 2-də Cənubi Kiprdə yerləşən Akrotiri hərbi bazasına edilən PUA hücumu İrandan edilməyib.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Böyük Britaniya son 24 saat ərzində bölgədəki öz və müttəfiq bazalarında müdafiə sistemlərini gücləndirib, həmçinin yaxın günlərdə dron əleyhinə imkanlara malik Vildcat helikopterlərinin Cənubi Kiprə gəlməsi gözlənilir.
Qeyd edək ki, Böyük Britaniyanın Cənubi Kiprdə iki hərbi bazası var.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.