ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
İran Körfəzin şimal hissəsində ABŞ-a məxsus neft tankerinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, neft tankeri bu gün səhər Fars körfəzinin şimalında SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin döyüşçüləri tərəfindən vurulub və hazırda yanmaqdadır:
“Daha əvvəl də demişdik ki, beynəlxalq qanun və qərarlara əsasən, müharibə zamanı Hörmüz boğazından keçid qaydaları İran İslam Respublikasının ixtiyarında olacaq. Hamı buna tabe olmalıdır”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.