Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Xətai rayonunda yeni inşa olunan tikili piyada səkisini zəbt edib.Bu barədə Xətai rayon sakini Lətif Məmmədov Bizim.Media-ya ünvanladığı şikayət məktubunda bildirib.O qeyd edib ki, Xətai rayonu, Sarayevo küçəsində bir neçə gün ərzində, gecə saatlarında çalışaraq yeni obyekt tikiblər:“Özüm işə buradan gedib-gəlirəm. Yeni tikili hesabına səki zəbt olunub. Piyadalar məcbur olub avtomobil yoluna çıxırlar. Bu da onların həyatları üçün risk yaradır”.Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq. Komitədən Bizim.Media-ya bildirildi ki, məsələ araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.