AZ

ABŞ ın zərbəsindən sonra İran freqatı batıb: 80 ölü var TƏFƏRRÜAT

ain.az bildirir, Bizim media portalına istinadən.

Hind okeanında İranın IRIS Dena freqatının batması nəticəsində azı 80 nəfər həlak olub. Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, gəmi ABŞ-a məxsus sualtı qayığın buraxdığı torpedo zərbəsindən sonra batıb.

 

Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, indiyədək 32 nəfər xilas edilib. Ölkənin xarici işlər naziri bildirib ki, çərşənbə günü ilk yardım siqnalı daxil olan zaman gəminin göyərtəsində 180 nəfər olub.

ABŞ-ın müdafiə naziri Pit Hegset çərşənbə günü açıqlamasında ABŞ-a məxsus sualtı qayığın beynəlxalq sularda İran hərbi gəmisini batırdığını təsdiqləyib.Hegset Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin həyata keçirdiyi xilasetmə əməliyyatını birbaşa qeyd etməsə də, onun təsvir etdiyi hücumun baş verdiyi yerin xilasetmə əməliyyatının aparıldığı ərazi ilə uyğun gəldiyi bildirilir.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
2
bizim.media

3Mənbələr