AZ

Azərbaycanda 4 investisiya şirkətinin səhmlər üzrə dövriyyəsi yarım milyard manatdan yüksəkdir

Azərbaycanda səhm bazarı üzrə ən fəal iştirak edən investisiya şirkətlərinin reytinqi açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, səhm dövriyyəsinin həcminə görə bazarın liderləri artıq müəyyənləşib.

Reytinq siyahısına 2,6 milyon manatlıq dövriyyə ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC başçılıq edir. İkinci pillədə 904,6 min manatlıq göstərici ilə "Troni İnvestisiya Şirkəti" QSC, üçüncü yerdə isə 750,4 min manatlıq dövriyyə ilə "İnvest-Az İnvestisiya Şirkəti" ASC qərarlaşıb. Bazarın növbəti aktiv iştirakçıları sırasında 577,5 min manatla "Unicapital İnvestisiya Şirkəti" ASC və 97,5 min manatla "Assist Finance İnvestisiya Şirkəti" ASC yer alıb.

Siyahının davamında "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 50 min manatlıq dövriyyə həcmi ilə altıncıdır. Səhm bazarında daha az həcmli əməliyyatlarla "CPM-Invest İnvestisiya Şirkəti" QSC 1,7 min manat dövriyyə nümayiş etdirib.

Seçilən
55
fed.az

1Mənbələr