AZ

10 gün ərzində qeydiyyata düşməsəniz, 30 manat məbləğində cərimələnəcəksiniz - DETALLAR

Vətəndaşların yaşadıqları ünvan üzrə qeydiyyata düşməsi qanunvericilikdə öz əksini tapsa da, buna əməl etməyənlər hələ də var. Bunun nəticəsidir ki, son vaxtlar hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə araşdırmalar xeyli gücləndirilib.

Day.Az xəbər verir ki, qanunların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

Qeyd edək ki, vətəndaş hər hansı səbəbdən yaşayış yerini dəyişərsə, müvafiq icra hakimiyyəti orqanına müraciət edərək müvəqqəti qeydiyyata alınmalıdır.

Qanunvericiliyin tələblərinə riayət edilmədikdə inzibati məsuliyyət yaranır. İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən, şəxs barəsində xəbərdarlıq edilə və ya inzibati qaydada 30 manat məbləğində cərimə tətbiq oluna bilər.

Vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınmasına nəzarəti daxili işlər orqanlarının əməkdaşları həyata keçirirlər. Bu məqsədlə polis əməkdaşları tərəfindən müvafiq reydlər keçirilə bilər.

Qanunvericiliyə əsasən, vətəndaş yaşayış yerini dəyişdikdə 10 gün müddətində müvafiq icra orqanına müraciət edərək qeydiyyata düşməlidir. Bu tələbə əməl olunmaması inzibati məsuliyyət yaradır.

Həmçinin vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq qaldıqda, müvəqqəti yaşadığı ünvan üzrə qeydiyyata düşməzsə, bu hal da qanunvericiliyə görə inzibati məsuliyyət yaradır.

Evinin çıxarışı olmayan şəxslər də yaşayış yeri üzrə qeydiyyata düşə bilərlər. Bunun üçün onlar "e-Polis" mobil tətbiqi vasitəsilə onlayn şəkildə müraciət edərək qeydiyyat prosesini rahat və operativ qaydada həyata keçirə bilərlər.

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
84
day.az

1Mənbələr