Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bakının Xəzər rayonunda 1979-cu il təvəllüdlü Ramil Məmmədov həyat yoldaşı Lamiyyəni qətlə yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi ötən ilin fevralın 9-da rayonun Binə qəsəbəsində baş verib.Ramil həmin gün təxminən saat 18 radələrində Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı “beysbol” çubuğu ilə arvadı, 1976-cı il təvəllüdlü Lamiyyəyə zərbələr vurub. Qadın aldığı çoxsaylı xəsarətlərdən ölüb. Ramil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Gürcüstandan özü üçün maşın alaraq gətirmək istəyib:“Bu səbəblə maşınımı satdım. 5 gün əvvəl Gürcüstana getmək üçün bilet aldım. Arvadım ilə boşanmamışıq və boşanmaq fikrim də olmayıb. Dostumun maşını ilə hava limanına getdim. Yolda pasportumu götürmədiyim yadıma düşdü və evə qayıtdım. Arvadım mənim ayaqqabı ilə evə girdiyimi gördü və mənə “sənin eşşəyin var burda” dedi. Mən də arvadımı təhqir etdim. Arvadım da həmin sözü qaytararaq mənə dedi. Əvvəllər onu vuranda əlim ağrıdığı üçün bu dəfə “beysbol” çubuğu ilə başından vurdum. Bu dəfə əvvəlkindən də ağır nalayiq ifadələr işlətdi. “Beysbol” çubuğu yatdığım otaqda yerdə olub. “Beysbol” çubuğu ilə arvadımı təxminən 5-6 dəfə vurmuşam. Arvadımın dizi üstə çöküb ağzı üstə yerə düşdüyünü görəndə “beysbol” çubuğunu yerə atdım”.Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra hava limanına gəlib və Gürcüstana gedib: “Yolda Nofələ zəng edərək arvadımı döydüyümü, onu xəstəxanaya aparmasını istədim. Tiflisdə olarkən Nofəllə əlaqə saxladım. O, arvadımın öldüyünü bildirdir. Mən daha sonra Batuma gedərək 2 gün orada qaldım”.Ramilin ifadəsinə görə, Gürcüstanda olarkən arvadının öldüyünü eşitsə də, ölkəyə qayıtmayıb: “Məni “İnterpol”un əməkdaşları saxladılar. Arvadım mənə şərəfsiz deyib, atamın ünvanına nalayiq ifadələr işlədib. Buda hadisənin baş verməsinə səbəb olub. Arvadımı bir neçə dəfə vurmuşam və səsi kəsilib. Bibim oğlu Elnur, qonşum Nofəl, dostum Babək və qardaşıma yığaraq baş verənlər barədə məlumat vermişəm”.İş üzrə zərərçəkmiş Lamiyyənin hüquqi varisi, qardaşının sözlərinə görə, Ramilin xəvarislər deyilən qrupa qoşulduğu barədə vəfat etmiş bacısı digər bacısına bildirib: “Ramil bacımı namaz qılanda gələrək vurub. Xəvarislər qrupunun üzvləri uzaq yola gedəndə həyat yoldaşını tək qoyaraq getmir. Həyat yoldaşını öldürərək getmək onlar üçün müstəhəbdir. Xəvarislər tərəfindən Ramilə pul verilib. Axşam saatlarında Nofəl adlı şəxs qonşudakı Adilə adlı qadına Ramilin ona zəng edərək “Lamiyəni öldürmüşəm, gedib götürün, qaqaşı qoymayın üstünə gedib qorxar” deməsi barədə məlumat verdi. Adilə isə mənim yoldaşıma bu barədə məlumat verdi”.Hüquqi varis deyib ki, bacısı Ramil tez-tez mübahisə etdikləri üçün onlara gəlib və oğluna baxan olmadığı üçün geri qayıdıb: “Birinci övladım olandan sonra bacıma boşanmağını desəm də, lakin o, qızına görə boşanmayacağını dedi. Onlar arasındakı mübahisənin səbəbi maddi vəziyyətlə əlaqədar olub. Ramil icarəyə maşın götürüb və maşını oğluna verərək “maşını sür, evə gəlmə” deyib. Şünki o, bu hadisəni törətməyi əvvəlcədən planlayıb”. Şahid qismində ifadə verən Lamiyyənin bacısının sözlərinə görə, Ramil narkotik istifadəçisidir: “O, bacıma əziyyət verib. Bacım mənə Ramilin narkomanları evə yığıb, evdə narkotik çəkdiklərini deyib. Bacısı Ramilin onu öldürəcəyindən qorxub. Qətldən bir həftə əvvəl işıqlarını kəsdilər və işıq pulunu biz ödədik. Ramil çox laqeyd insan olub. Xəvarislər qrupunun üzvü olan bu şəxs uşaqları məktəbə getməyə qoymayıb. Uşaqların kitablarını yandırıb və namaz üstündə bacımı döyüb”. Şahid daha sonra ifadəsində göstərib ki, Ramil Elçin adlı şəxsə zəng edib və ondan 30000 manat istəyib: “Ramil Elçindən onun tələb etdiyi pulu verməyəcəyi təqdirdə evini yandıracağını deyib. Qonşuda Zümrüd adlı xanımın qapısına gül qoyub, “ərini öldürüb səni mən alacam“ deyib. Mən də bacımın yanına getdiyim zaman təqsirləndirilən şəxsin mətbəxdə başqa şəxslərlə narkotik çəkdiyinin şahidi olmuşam. Bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etmək istəsəm də, bacım buna icazə verməyib”.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Ona təyin edilmiş cəzanın aşağı həddə salınmasını və saxlanma rejiminin dəyişdirilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb.Həmçinin oxu:
'Memati'nin xanımı da 'Yeraltı'na gəlir — FOTOLAR
Fərda Aminin ölüm xəbəri yayıldı
'Çəkilişdən evə titrəyərək qayıdırdım'Qeyd edək ki, Ramil Məmmədov bundan əvvəl də məhkum olunub. O, 2019-cu ildə Cinayət Məcəlləsinin 155 (yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma), 29,178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətməyə cəhd), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) və 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə) maddələri ilə təqsirli bilinərək məhkumluq həyatı yaşayıb. O, qətli törətməmişdən bir neçə ay əvvəl həbsdən azad olunmuşdu.Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.