AZ

Beynəlxalq turnirdə Azərbaycanı 2 idmançı təmsil edəcək

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-nin Hyuston şəhərində Çin döyüş növləri üzrə nüfuzlu "Dünya Ulduzları" beynəlxalq turniri keçiriləcək.

"Cebheinfo.az" Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasına (AÇDNA) istinadən xəbər verir ki, ölkəmizi turnirdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AÇDNA-nın prezidenti Asif Sayadov və milli komandanın üzvü Şıxəli Hümmətov təmsil edəcəklər.

Turnirdən sonra, martın 15-dək davam edəcək xüsusi proqram çərçivəsində tanınmış ustadların iştirakı ilə master-klasslar təşkil olunacaq.

Proqram daxilində Asif Sayadov tərəfindən vinq çun döyüş sənətinə həsr olunmuş xüsusi təlim sessiyasının keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, turnir martın 6–9-da baş tutacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
1
cebheinfo.az

2Mənbələr