AZ

İran raket zərbələrinin sayını azaldıb Statistika

ain.az bildirir, Hurriyyet portalına istinadən.

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib ki, İranın həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları ilə zərbələrin intensivliyi son günlər xeyki azalıb. Onun sözlərinə görə, raket zərbələri 86%, dron hücumları isə 73% aşağı düşüb.

Məlumata görə, müharibənin ilk günündə İranın endirdiyi zərbələrin sayı kifayət qədər yüksək olub. Müqayisə üçün qeyd edilir ki, Rusiya Ukraynaya yanvar ayında ümumilikdə 160 raket atdığı halda, İran yalnız 28 fevral tarixində 350 raket buraxıb. Beləliklə, İranın bir gün ərzində həyata keçirdiyi raket hücumlarının sayı Rusiyanın bir ayda istifadə etdiyi raketlərin sayından iki dəfədən çox olub.

İlk günlərdə bu cür yüksək intensivlik xüsusilə Yaxın Şərq regionunda və ərəb ölkələrində ciddi şok effekti yaradıb. Lakin müharibənin uzanacağını nəzərə alan Tehranın zərbələrin sayını azaldıb.

Açıqlanan statistikaya görə, İranın raket hücumlarının dinamikası belə dəyişib:

28 fevral: 350 raket

1 mart: 175 raket

2 mart: 120 raket

3 mart: 50 raket

Bu rəqəmlər göstərir ki, 28 fevral ilə 3 mart tarixləri müqayisə edildikdə, İranın raket zərbələrinin intensivliyi həqiqətən də təxminən 86% azalıb.

Bu arada  ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 Spirit strateji bombardmançılarının əməliyyatlarda daha fəal iştirakı gözlənilir. Bildirilir ki, Böyük Britaniya ABŞ-a Hind okeanında yerləşən Dieqo-Qarsiya hərbi bazasında bu tip bombardmançıları yerləşdirməyə icazə verib. Bu qərar ağır aviasiyanın uçuş məsafəsini azaldaraq zərbələrin intensivliyini artırmağa imkan verəcək.

Ekspertlərin sözlərinə görə, nəticədə xüsusilə yeraltı hərbi obyektlərin məhv edilməsi üçün nəzərdə tutulmuş 900 kiloqramlıq ağır bombalardan istifadə halları da artacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
hurriyyet.az

1Mənbələr