sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Bu, mənim yeni komandamda ilk oyunum idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin futbolçusu Qurban Məhərrəmov deyib.Oyunçu II Liqanın 16-cı turunda "Araz Saatlı"ya qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb: "Araz Saatlı"ya qarşı matça ciddi hazırlaşmışdıq. Çətin oyun olacağını bilirdik. Amma əsas olan qalib gəlməkdir. Bunu da bacardığımız üçün şadıq". O, rəqibin ilk dövrədəki görüşdən fərqli çıxış etdiyini söyləyib: "Onların heyətində yeni transferlər var idi. Çətin olsa da, qələbə qazana bildik".Futbolçu ötən turda çempionatdakı əsas rəqibləri "Qaradağ Lökbatan"a qalib gəldikləri qarşılaşmanı xatırlayıb:"Ötən tur "Qaradağ Lökbatan"la qarşılaşmadan sonra futbolçularımızda rahatlıq yaranmışdı. Bu, normal bir haldır".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.