AZ

Növbəti köç karvanı Ağdam şəhərinə çatdı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Aznews.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 90 ailə (346 nəfər) köçürülüb.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Seçilən
18
49
aznews.az

10Mənbələr