AZ

Gürcüstan ABŞ münasibətlərinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tbilisi, 5 mart, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olan Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bu ölkənin Təhlükəsizlik Şurası katibinin müavini Endryu Beyker ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşün əsas mövzusu Gürcüstan-ABŞ münasibətlərinin yaxşılaşdırılması və strateji tərəfdaşlığın bərpası olub.

Həmçinin regionda təhlükəsizlik problemləri və digər məsələlər müzakirə edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

3Mənbələr