Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 5 mart, AZƏRTAC
İndoneziyanın Qərbi Yava əyalətinin Boqor rayonunda keçirilən əməliyyat zamanı fırıldaqçılıqda şübhəli bilinən 13 Yaponiya vətəndaşı saxlanılıb.
AZƏRTAC “Antara” agentliyinə istinadla xəbər verir ki, bu barədə İndoneziya İmmiqrasiya Xidməti məlumat yayıb. Bildirilib ki, həmin şəxslər martın 2-də Sentul ərazisində aparılan nəzarət tədbirləri zamanı saxlanılıblar. Araşdırmaya görə, saxlanılan şəxslər özlərini yapon polis əməkdaşları kimi təqdim edərək xaricdə yaşayan Yaponiya vətəndaşlarını onlayn şəkildə aldatmağa çalışıblar. Əməliyyat zamanı onlardan rabitə cihazları, sənədlər və polis formasına bənzər ləvazimatlar müsadirə edilib.
Məlumata görə, saxlanılanlardan biri gəliş vizası, digər 12 nəfər isə qonaq vizası ilə İndoneziyaya daxil olub. Onların vizanın məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olduqları ehtimal edilir.
Faktla bağlı araşdırma davam edir. Məsələ üzrə Yaponiyanın İndoneziyadakı səfirliyi ilə əməkdaşlıq aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.