AZ

BDU Çinin Tianjin Universiteti ilə əməkdaşlığa başlayır

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 mart, AZƏRTAC

Bakı Dövlət Universiteti ilə Çinin Tianjin Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, hər iki universitetin fakültə, institut və kolleclərində təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurs və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması kimi məsələlər yer alıb.

Bununla yanaşı, elmi jurnallarda birgə məqalələrin dərc edilməsi, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, həmçinin akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların qarşılıqlı mübadiləsi əməkdaşlığın əsas istiqamətləri sırasında göstərilib.

Anlaşma memorandumunu BDU-nun rektoru Elçin Babayev və Tianjin Universitetinin prezidenti Liyuan Chai imzalayıblar.

Qeyd edək ki, əsası 1895-ci ildə qoyulmuş Tianjin Universiteti Çinin nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitet QS World University Rankings reytinqində 2026-cı il üzrə 257-ci, Asiya universitetləri reytinqində 51-ci, “Times Higher Education” reytinqində isə 201–250-ci pillələrdə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
azertag.az

2Mənbələr