AZ

EPDK Türkiyə təcrübəsini EMTA mütəxəssisləri ilə bölüşüb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 5 mart, AZƏRTAC

“Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2025-2026-cı illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) mütəxəssisləri arasında növbəti onlayn görüş keçirilib.

EMTA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı EPDK-nın elektrik enerjisi üzrə mütəxəssisi Muhammet Ali Ateş elektrik enerjisi bazarının monitorinqi sahəsində Türkiyə təcrübəsi ilə bağlı təqdimatla çıxış edib. O, elektrik enerjisinin topdansatış bazarına nəzarət, eləcə də tənzimləyici tərəfindən elektrik enerjisi bazarının monitorinqi, sui-istifadə hallarının araşdırılması və cərimələrin tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azertag.az

2Mənbələr