AZ

Rusiya Xarkov və Dnepropetrovska zərbələr endirib

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya qoşunları Ukraynanın Xarkov və Dnepropetrovsk vilayətlərinə zərbələr endirib, nəticədə ümumilikdə 17 nəfər xəsarət alıb.

Bu barədə "Report" Ukrayna KİV-ə istinadən xəbər verir.

Xarkov Vilayət Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, Rusiya hücumları nəticəsində Çuquyev şəhərində 12 nəfər xəsarət alıb.

Eyni zamanda qeyd olunub ki, martın 5-də saat 00:30 radələrində pilotsuz uçuş aparatı (PUA) Kamennaya Yaruqa kəndindəki təsərrüfat tikilisinə zərbə endirib. Üç nəfər xəsarət alıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Qanja bildirib ki, Kamensk rayonunda gecə hücumları nəticəsində iki nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
azpolitika.info

1Mənbələr