AZ

İranın hücum aktları cavabsız qalmayacaq - Müdafiə Nazirliyi

Bakı. Trend:

5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələritərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə AzərbaycanRespublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalqhava limanına və digər mülki infrastrukura hücum aktları həyatakeçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və buhücumların təfərrüatları araşdırılır.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Müdafiə Nazirliyindənməlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hərhansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasınınsilahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülkiinfrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.

"Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslamRespublikasının üzərinə düşür.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazibütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülkiinfrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavabtədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq" -deyə Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Seçilən
88
6
az.trend.az

7Mənbələr