AZ

Məhkəmədən "Barselona"nın qalmaqallı "Neqrera işi" ilə bağlı yeni qərar

"Barselona"nın qalmaqallı "Neqrera işi" ilə bağlı məhkəmə prosesi rəsmi olaraq əlavə altı ay müddətinə uzadılıb.

Publika.az xəbər verir ki, hakim istintaqın müddətini cari ilin sentyabrına qədər uzatmağı qərara alıb.

Məhkəmə orqanları İspaniya Krallığının Futbol Federasiyasında Hakimlərin Texniki Komitəsinin (CTA) vitse-prezidenti vəzifəsini icra etmiş Xose Mariya Enrike Neqreyraya İspaniya nəhənginin büdcəsindən 2001-2018-ci illər ərzində bir neçə milyon avronun köçürülməsini cinayət hesab edirlər. İstintaqın məqsədi bu ödənişlərin həqiqi səbəblərini və İspaniya futbolunda hakim qərarlarına təsirini müəyyən etməkdir.

2023-cü ildə "Barselona" klubu və onun keçmiş rəhbərlərinə rüşvət ittihamları irəli sürülüb.

Seçilən
83
publika.az

1Mənbələr