AZ

Şirvanda əməliyyat: “Makarov” aşkarlandı

Şirvanda tutulan şəxsdən tapança aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan M.Bayramov saxlanılıb.

Adıçəkilən şəxsdən 1 ədəd "Makarov" markalı tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Seçilən
24
ucnoqta.az

1Mənbələr