AZ

Ermənistan və Qazaxıstan kəşfiyyat sahəsində əməkdaşlıq sazişi imzalayıb

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Ermənistan və Qazaxıstan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq edəcəklər.

Azpost.info bildirir ki, Ermənistan hökuməti “Ermənistan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında” sazişin imzalanması təkliflərini təsdiqləyib.

Sazişə əsasən, tərəflər terrorçu və ekstremist qruplara qarşı mübarizə məqsədi də daxil olmaqla, qarşılıqlı maraq doğuran hərbi və siyasi hadisələr barədə məlumat mübadiləsi apara biləcəklər.

Heç bir tərəf digər tərəfin razılığı olmadan aldığı məlumatları üçüncü ölkəyə ötürməyəcək.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
1
azpost.info

2Mənbələr