AZ

Emmanuel Addai "Qarabağ"da qalır, yoxsa gedir? - DƏQİQLƏŞDİ

"Qarabağ"ın qanalı vingeri Emmanuel Addainin növbəti mövsümə harada başlayacağı azarkeşləri maraqlandıran əsas mövzulardan biridir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "köhlənlər"lə icarə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq 24 yaşlı futbolçunun komandada qalıb-qalmayacağı dəqiqləşib.

Qurban Qurbanovun rəhbərliyi altında karyerasının ən yaxşı dönəmini yaşayan Emmanuellə "Qarabağ" arasında yeni sazişlə bağlı ilkin danışıqlar olsa da, tərəflər razılığa gələ bilməyiblər. Belə ki, Avropadan təkliflər aldığını deyən afrikalı oyunçu Azərbaycanda qalmamaq, yeni çağırışlar arasında seçim etmək niyyətindədir. 

Qeyd edək ki, cari mövsüm Ağdam təmsilçisinin forması ilə bütün turnirlərdə 38 matça çıxan Addai 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024-cü ilin yayından "Qarabağ"dadır.

Toğrul 

Seçilən
122
1
fanat.az

2Mənbələr