AZ

Yumşaq güc dövlətlərinin reytinqi açıqlanıb

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2026-cı ildə "yumşaq güc" üzrə ən nüfuzlu dünya ölkələrinin reytinqi açıqlanıb. Hesabata əsasən, "Yumşaq güc" anlayışı bəzi dövlətlərin mədəniyyət, eyni zamanda diplomatiya, biznes və beynəlxalq təsir vasitəsilə qlobal ictimai rəyə təsir imkanları potensialını özündə əks etdirir.

Reyting.az xəbər verir ki, Böyük Britaniyanın məşhur şirkətlərindən olan "Brand Finance Global Soft Power Index" analitik mərkəzinin 2026-cı il üçün hazırladığı reytinq cədvəlinə görə, siyahıda ABŞ 74,9 balla birinci yerdədir.

İkinci yerdə 1,4 balla Çin qərar tutub.

ABŞ-nın liderliyi əsasən əyləncə sənayesinə, texnologiyaya, təhsil, beynəlxalq liderlik sahələrindəki nüfuzu və geniş təsiri ilə izah edilir.

Avropa ölkələrindən siyahısında lider Böyük Britaniyadır - 69,2. Almaniya 67,7, Fransa 65,8, eləcə də Rusiya 58,7 balla öz mövqelərini qorusalar da, son illər ərzində göstəricilərdə azalma müşahidə olunur. İsveçrə və Kanadanın isə "cənnət diyarı" (hər biri 63,2 bal) kimi qeyd olunması, bu ölkələrdəki sabitliklə bərabər, həm də yüksək həyat keyfiyyəti, həmçinin uzun illərin sınağından çıxan effektiv seçim sayılan idarəetmələrdən xəbər verir.

Reytinqin orta pillələrində duran Hindistan (48,0) ilə Braziliya (49,2) regional və mədəni təsirləri ilə önə çıxıb. Statistika göstərib ki, bu siyahının aşağı hissəsində qərarlaşan kiçik, qismən inkişaf etməkdə olan ölkələrdə yeni, eləcə də müxtəlif nəticələr müşahidə edilib.

Reytinqə görə, müasir dünyada nüfuz təkcə iqtisadi və hərbi güclə deyil, həm də cəlbedici imicdə, etimadda və beynəlxalq gündəmi ustalıqla formalaşdırmaq bacarığı ilə müəyyən olunur.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
reyting.az

1Mənbələr