Ukrayna Yaxın Şərq ölkələri ilə texnologiya və silahlar, o cümlədən tutucu dronlar mübadiləsi aparmağa hazırdır, lakin bunun müqabilində Patriot raketləri istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski özünün teleqram kanalında dərc olunmuş “Rai Italia”ya verdiyi müsahibədə bildirib.
Zelenski qeyd edib ki, Kiyev Yaxın Şərq tərəfdaşlarından siqnallar alıb və onlar İranın pilotsuz təyyarələrinin hücumları ilə bağlı “ekspertiza” istəyirlər. Ukrayna öz təcrübəsini bölüşməyə hazırdır.
Prezident həmçinin vurğulayıb ki, Ukrayna özü münaqişə vəziyyətindədir və bu ölkələrdə silah çatışmazlığı müşahidə olunur.
Aminə ŞAHSUVARQIZI