AZ

İran Naxçıvana bu PUA-larla hücum edib - Ukrayna

İran Azərbaycana "Şahid” yox, "Araş 2” uzaqmənzilli dronlarla hücum edilib.

Aktual.az xəbər verir ki, bu barədə "Unian” hərbi mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, "Araş 2” dronları 2000 km-ə qədər uçuş mənzilinə, 260 kq-a qədər döyüş başlığına və hava hücumundan müdafiə sistemlərindən yan keçmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, İranın iki ədəd PUA-sının Naxçıvan Beynəlxalq Hava Limanına hücumu nəticəsində terminala ziyan dəyib və iki nəfər xəsarət alıb.

Seçilən
61
2
ulusum.az

2Mənbələr