Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdə təcavüzə dərhal son qoyulmasının vacibliyini vurğulayıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Lavrov bildirib ki, Rusiya Fars körfəzi ölkələrinin əzablarına son qoymaq istəyir və təcavüzə dərhal son qoyulmasını tələb edir.
O, səfirlərlə görüşdə vurğulayıb: “İranın hərəkətlərinin qəbuledilməz olduğu və ABŞ və İsrailin etdiyi hər şeyin diqqətdən kənarda qaldığı məntiqini qəbul edə bilmərik”.
Nazir əlavə edib ki, Rusiya İranda atəşkəslə bağlı qətnamə hazırlamağa və onu BMT Təhlükəsizlik Şurasına təqdim etməyə hazırdır.
Lavrov qeyd edib:
“Amerikalı həmkarlarımız və İsrail bu rejimi açıq şəkildə qanunsuz elan edir. Bu, onların fikridir və BMT-nin bütün üzvlərinin fikri ilə birbaşa ziddiyyət təşkil edir. İran İslam Respublikası hökuməti BMT-nin tamhüquqlu üzvüdür və onun bütün hüquqlarına, o cümlədən qərarları başqası tərəfindən qəbul edilmədən, lakin İran xalqı adından öz işlərini təşkil etmək hüququna hörmət edilməlidir”.
Aminə ŞAHSUVARQIZI