AZ

WUF13-də bərk məişət tullantılarının idarə olunmasına dair sənəd imzalanıb

Bu gün Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) Azərbaycan Əməliyyat Şirkəti ilə "Təmiz Şəhər" ASC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

"Far.Az" WUF13 Azərbaycan Əməliyyat Şirkəti istinadən xəbər verir ki, sənədi Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov və "Təmiz Şəhər"in İdarə Heyətinin sədri Etibar Abbasov imzalayıblar.

Memorandumun əsas məqsədi tədbirin təşkili və keçirilməsi zamanı yaranacaq bərk məişət tullantılarının düzgün idarə olunmasıdır.

Bu çərçivədə, tərəflər ətraf mühitin qorunması üzrə dövlət siyasətinə uyğun olaraq davamlı və səmərəli yanaşmaların tətbiqini prioritet kimi müəyyən ediblər.

Seçilən
68
far.az

1Mənbələr