AZ

Qazaxda "İdman Paytaxtı – 2026" layihəsi çərçivəsində rəsmi parad təşkil olunub

Qazaxda "İdman Paytaxtı – 2026" layihəsi çərçivəsində rəsmi parad təşkil olunub.

"Report"un Qazaxa ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəşid Babaşov, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, ölkənin müxtəlif regionlarını təmsil edən idman ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Paradda müxtəlif idman növləri üzrə idmançılar və məşqçilər yürüş edərək şəhərin 2026-cı il üçün "İdman Paytaxtı" seçilməsi münasibətilə təşkil olunan tədbirə rəng qatıblar.

Burada idman kollektivlərinin nümunəvi çıxışları nümayiş etdirilib.

Çıxış edən rəsmi şəxslər Qazaxın zəngin idman ənənələrinə malik olduğunu vurğulayıb, bu statusun rayonda idman infrastrukturunun və kütləviliyin daha da genişlənməsinə təkan verəcəyini bildiriblər.

Seçilən
76
far.az

1Mənbələr