AZ

Uşaqlarda qəbizliyin əsas səbəbi Ekran asılılığı

Medicina portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Uşaqlarda rəqəmsal ekran asılılığı qəbizliyə səbəb olur.

Medicina.az xəbər verir ki, hər dörd uşaq və yeniyetmədən biri qəbizlikdən əziyyət çəkir.

Rəqəmsal ekran asılılığı uşaqlarda və yeniyetmələrdə qəbizliyə səbəb olan ən vacib problemlərdən biri hesab olunur.

Türkiyəli professor Dr. Vefik Arıca, xüsusilə son illərdə qəbizliyin ən vacib səbəblərindən birinin uşaqların və yeniyetmələrin tualetdə daha çox vaxt keçirməsi olduğunu bildirib:

"Rəqəmsal asılılıq səbəbindən hər bir uşaq və yeniyetmə gündə orta hesabla 6-8 saat telefonlara və rəqəmsal ekranlara asılı qala bilər. Rəqəmsal ekran asılılığı uşaqlarda və yeniyetmələrdə qəbizliyə səbəb olan ən vacib problemlərdən biri hesab olunur.

Tualetdə telefon istifadə etmək qəbizliyə, anal çatlara, hemoroidə və ən əsası, sonrakı mərhələlərdə bakteriyalar telefondan əllərə, əllərdən isə uşaqlarda müxtəlif infeksiyalara, xüsusən də parazitlərə, bağırsaq qurdlarına, viruslara və bakteriyalara yayıla bilər".

Mütəxəssis Arıca 3 dəqiqə çəkməli olan fizioloji prosesin indi 30 dəqiqəyə qədər çəkə biləcəyini deyib:

"Normal uşaqların tualet təlimi 3 ilə 5 dəqiqə arasında davam edir.

Hazırda bu nisbətin 30 dəqiqədən çox olduğu görülür. Bu, xüsusilə uşaqlarda və yeniyetmələrdə funksional qəbizliyin ən vacib səbəbi kimi tanınır. Bu məsələ ilə bağlı ailələrə ən böyük tövsiyəm rəqəmsal ekran asılılığını azaltmaq və telefonları tualetə aparmamaqdır. Əgər 5 dəqiqədən çox çəkirsə, "Başqa bir səbəb varmı?" araşdırılmalıdır".

Aygün

Medicina.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
icma.az

2Mənbələr