AZ

İran səfiri Azərbaycan XİN-ə çağırıldı - Etiraz notası verildi

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu martın 5-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Bakının etiraz notası təqdim edilib.

Bunu “Yeni Sabah”a açıqlamasında nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasına dron hücumlarına görə Azərbaycan dövlətinin İrana kəskin etirazı diplomatın nəzərinə çatdırılıb və ona müvafiq etiraz notası təqdim edilib.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
33
1
yenisabah.az

2Mənbələr