AZ

İran rejimi bu addımı ilə artıq bütün maskalarını cırıb atdı – Millət vəkili

Bakı. Trend:

İran silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları iləNaxçıvan Beynəlxalq Hava Limanına və digər mülki obyektlərə qarşıhəyata keçirilən hücum aktı Azərbaycana qarşı açıq-aşkardüşmənçilik siyasətinin növbəti təzahürüdür. Bu, artıq təsadüfihadisə deyil, Tehran rejiminin şüurlu və planlı şəkildə seçdiyitəxribat yoludur. İran rejimi bu addımı ilə artıq bütün maskalarınıcırıb atdı. Azərbaycan illərdir nümayiş etdirdiyi təmkinə, mehribanqonşuluq siyasətinə və açıq diplomatik mövqeyinə baxmayaraq,təxribatla üz-üzə qaldı. Bu, molla rejiminin mahiyyətinin növbətitəzahürüdür.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputatSəbinə Salmanova deyib.

Onun sözlərinə görə, İran rejimi uzun illərdir ikiüzlü siyasətyürüdərək regionda sabitliyə xələl gətirməyə çalışır:

“Azərbaycan dövləti uzun illərdir ki, qonşuluq münasibətlərindəqarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipinə sadiqqalıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun ərazisi heç vaxtüçüncü tərəflər tərəfindən İrana qarşı istifadə olunmayıb vəolunmayacaq. Bu mövqe Prezident İlham Əliyev tərəfindən dədəfələrlə ifadə edilib və əməli addımlarla təsdiqlənib. AzərbaycanPrezidenti İlham Əliyev İran İslam Respublikasında baş verənhadisələrlə əlaqədar humanist mövqe ortaya qoyub, İranın AliRəhbəri Əli Xamenei və digər həlak olanlarla bağlı başsağlığıünvanlayıb, İranın Azərbaycandakı səfirliyinə gedərək matəmkitabına ürək sözlərini yazıb. Belə bir fonda İran ərazisindənhəyata keçirilən dron hücumu nə diplomatik məntiqə, nə dəbeynəlxalq hüququn norma və prinsiplərinə sığır. Dövlət sərhədininpozulması, mülki obyektlərin hədəfə alınması və insanlarınhəyatının təhlükəyə atılması açıq şəkildə suverenliyə qarşıyönəlmiş hərəkətdir”.

S.Salmanova bildirib ki, Azərbaycan regionda sabitliyintərəfdarıdır, ancaq kimsə də bizimlə təzyiq və hədə ritorikası ilədanışa bilməz:

“Dövlətimizin təhlükəsizliyi, ərazi bütövlüyü və vətəndaşlarınınhəyatı hər şeydən üstündür. Azərbaycan tərəfi müvafiq cavabtədbirləri görmək hüququ vardır və bu hüquq beynəlxalq hüquqlaqorunur. Regionda yeni gərginlik ocaqlarının yaradılması heç birtərəfə fayda vermir. Lakin əgər hansısa dairələr təxribat yoluseçirsə, bilməlidir ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil.44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə özhərbi-siyasi iradəsini nümayiş etdirən dövlət bu gün də millitəhlükəsizlik məsələlərində qətiyyətlidir. Dövlətimizintəhlükəsizliyi və suverenliyi bizim qırmızı xəttimizdir və bu xəttikeçən hər kəs anlamalıdır ki, atdığı addımın nəticələri qaçılmazolacaq. Unutmasınlar ki, Azərbaycanın ərazi bütövlüyünün vəsuverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturuntəhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərinihazırlayır və bu hücum aktları cavabsız qalmayacaq”.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Seçilən
128
2
az.trend.az

2Mənbələr