Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Söhbət qadın futbolçulardan ibarət komandalar arasında keçirilən dünya çempionatının (DÇ-2027) seçmə mərhələ oyunundan gedir. C Liqasının 3-cü qrupu çərçivəsində təşkil olunacaq qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Filipa Pereyra Kunya olacaq. Ona yan xətt hakimləri Andreya Souza və Kristiana Moreyra Kosta kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sara Alves yerinə yetirəcək.
Qeyd edək ki, martın 7-də Felksutdakı “Panço Arena”da keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.
DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
7 mart
17:30. Macarıstan – Azərbaycan
Hakimlər: Filipa Pereyra Kunya, Andreya Souza, Kristiana Moreyra Kosta, Sara Alves (hamısı Portuqaliya).
Felksut, “Panço Arena”.
