AZ

Həkimlər Tedeskonun oyuna çıxmasına icazə verməyib

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Həkimlər Tedeskonun oyuna çıxmasına icazə verməyib

"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesco səhhətində yaranan problem səbəbindən iki matçda komandasını tək buraxıb.

QOL.az "NTV Spor"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis ağır infeksiya keçirdiyi üçün komanda "Antalyaspor" və "Qaziantep" FK ilə oyunlara onsuz çıxıb.

Tedesko "Nottingem Forest"lə Avroliqa görüşü üçün İngiltərəyə səfər edərkən özünü pis hiss etməyə başlayıb. Qarşılaşmadan sonra isə vəziyyəti daha da ağırlaşıb və ilkin tibbi müdaxilə soyunub-geyinmə otağında klubun həkimləri tərəfindən edilib.

İngiltərədən qayıdışdan sonra keçirilən "Antalyaspor" matçı öncəsi Tedesconun həkimlərə “Məni mütləq oyuna çıxarın” dediyi bildirilir. Lakin klubun həkimləri buna qəti şəkildə icazə verməyib və belə vəziyyətdə meydana çıxacağı halda huşunu itirə biləcəyini bildiriblər.

Qeyd edək ki, Tedeskonun həftəsonu "Samsunspor"la keçiriləcək matçda böyük ehtimalla texniki zonada olacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
qol.az

2Mənbələr