İran Rusiyaya hər hansı yardım müraciəti etməyib.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Peskov bildirib ki, hazırkı vəziyyətlə bağlı İran tərəfi tərəfindən Rusiyaya rəsmi müraciət daxil olmayıb. “Bu halda İran tərəfindən heç bir müraciət olmayıb”, – deyə Kremlin nümayəndəsi qeyd edib.
Peskov eyni zamanda ABŞ və İsrailin Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatların Rusiyada yanacaq qiymətlərinə təsir göstərməyəcəyini iddia edib. Onun sözlərinə görə, ölkə daxilində yanacaq bazarındakı vəziyyət hökumət və Federal Antiinhisar Xidməti tərəfindən nəzarətdə saxlanılır.
Kremlin sözçüsü bildirib ki, mövcud şəraitdə enerji bazarında yaranan dəyişikliklər diqqətlə izlənilir və qiymətlərin sabit saxlanılması üçün zəruri tədbirlər görülür.
Aliyə