AZ

"Elə yazanın ailəsində o obrazdan əxlaqsız qadınlar var"

Aktrisa Zülfiyyə Qurbanova "Öz aramızda" verilişində sosial şəbəkələrdə təhqirlərə qarşı qəbul olunan yeni qanun layihəsindən danışıb.

Publika.az xəbər verir ki, sənətçi bu cür hallarla bağlı hüquqi tədbirlərin gücləndirilməsini müsbət qiymətləndirdiyini bildirib.

O, sosial şəbəkədə ünvanına yazılan təhqiramiz rəylərlə bağlı yaşadığı bir hadisəni də xatırladıb. Aktrisanın sözlərinə görə, onu tanımayan bir şəxs sosial şəbəkədə ağır ifadələr işlədib və bu səbəbdən o, rəsmi şəkildə şikayət edib.

Qurbanova bildirib ki, daha sonra həmin şəxs tapılaraq onun qarşısına gətirilib

"Sonradan məlum oldu ki, mənə təhqir yazan şəxs 63 yaşlı bir kişidir. Elə sözlər yazmışdı ki, sanki məni yaxından tanıyır. Qarşıma gələndə üzr istədi. Şəkər xəstəsi olduğunu dedi. Mən də özümü pis hiss etdim, hətta qarşısına çay da qoydum".

Seçilən
18
4
publika.az

5Mənbələr