AZ

Qara geyimlərin ömrünü uzadan sadə üsullar

Qara geyimlər zərif və klassik görünüşü ilə tez-tez seçilən paltarlar sırasındadır. Lakin bu rəngli geyimlərin ən böyük problemlərindən biri zamanla rənginin solmasıdır.

 

Pravda.az bildirir ki, qara geyimlərin daha uzun müddət yeni kimi qalması üçün bəzi sadə qaydalara əməl etməyi tövsiyə edir.

 

Qara geyimləri yuyarkən soyuq və ya ilıq suya üstünlük vermək lazımdır. İsti su parçanın rənginin daha tez solmasına səbəb ola bilər. Həmçinin paltarları yumaqdan əvvəl tərsinə çevirmək sürtünməni azaldaraq rəngin daha uzun müddət qorunmasına kömək edir.

 

Mütəxəssislər qara geyimlər üçün xüsusi yuma vasitələrindən istifadə etməyi və artıq miqdarda yuyucu vasitə tökməməyi də tövsiyə edir. Bundan əlavə, paltarların tez-tez yuyulması da rəngin solmasını sürətləndirə bilər.

 

Qara geyimləri birbaşa günəş altında qurutmamaq, mümkün olduqda kölgədə və ya otaq temperaturunda qurutmaq daha məqsədəuyğundur. Həmçinin quruducu maşından tez-tez istifadə etmək parça liflərini zəiflədə və rəngin solmasına səbəb ola bilər.

 

Əminə Bayramova

Tarix: 5 Mart 2026, 15:22   
Seçilən
11
pravda.az

1Mənbələr