AZ

Fransa Yaxın Şərqdəki hərbi bazalarını amerikalı pilotlar üçün açıb

Rəsmi Paris ABŞ-yə Yaxın Şərqdəki hərbi bazalarına müvəqqəti giriş imkanı verəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Fransa ordusunun qərargahının sözçüsü LCI televiziya kanalına verdiyi şərhdə Fransanın qərarını açıqlayıb. Bildirilir ki, amerikalı pilotlar üçün icazə məhdud müddətə qüvvədə olacaq.

Eyni zamanda, bir neçə Avropa ölkəsi regiondakı mövcudluğunu gücləndirir. İtaliyanın baş naziri Corciya Meloni bir müddət əvvəl Romanın Fars körfəzinə hava hücumundan müdafiə sistemləri göndərmək niyyətində olduğunu açıqlayıb.

İran dronlarının adadakı Britaniya hərbi bazasına hücumundan sonra İspaniya, Fransa və Yunanıstan da Kipr sahillərinə gəmilər göndərir.

Dünən (4 martda) Fransa, Almaniya və Birləşmiş Krallıq hakimiyyəti İrandan gələn hücumların qarşısını almağa yönəlmiş "zəruri və mütənasib müdafiə tədbirləri görə biləcəklərini" bildiriblər.

Bu arada, Madridin ABŞ infrastrukturundan istifadə ilə bağlı mövqeyi qəti olaraq qalır: İspaniya əvvəllər ABŞ-yə Əndəlüs və Sevilyadakı Amerika hərbi bazalarından İrana qarşı zərbələr endirmək üçün istifadə etməyi qadağan etmişdi. Buna cavab olaraq Donald Tramp İspaniya ilə ticarət əlaqələrini kəsməklə hədələyib və bildirib ki, "heç kim ABŞ-yə bu bazalardan istifadə edə bilməyəcəyini deyə bilməz".

Musavat.com

Seçilən
61
musavat.com

1Mənbələr