AZ

Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib



İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi qəbulolunmazdır və İran bu hücumla bağlı açıqlama verməlidir. Rejim bizə qarşı zaman-zaman yanlış mövqe sərgiləsə də, Azərbaycan hər zaman prinsipial mövqe nümayiş etdirib və daim yaxşı qonşuluq prinsipinə sadiq qalıb. Azərbaycan ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb.
Hətta iki gün öncə Azərbaycan Prezidenti səfirliyi ziyarət edib, İranın Ali liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib. Bundan əlavə, İranda baş verən hadisələrlə bağlı Azərbaycan humanitar yardım göndərməyi də planlaşdırırdı. Belə olan halda fars rejiminin bizdən istədiyi nədir? Mən hesab edirəm ki, bu, nankorluğun və riyakarlığın göstəricisidir.
Azərbaycan güclü dövlətdir və qalib, güclü ordusu var. İnanıram ki, dövlətimiz bizə edilən yersiz dron hücumları ilə bağlı İrana uyğun cavabı verəcək. Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib, əksinə dar gündə həmişə qonşularına dəstək olub.

Bəhruz Məmmədzadə
Seçilən
71
newscenter.az

1Mənbələr