AZ

İdxal olunan bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

BAKI, 5 mart. TELEQRAF

Nəzarət tədbirləri çərçivəsində ölkəmizə "VAP CATE" MMC-nin Türkiyədən idxal etdiyi “BOTAFARMA SAĞLIK ÜRÜNLERİ TİC. VE SAN. LTD. ŞTİ” müəssisəsinin istehsalı olan 504 ədəd “TERRIS ACTIVE ,TABLET N 90” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (22.09.2025 - 22.09.2028-ci il istehsal və son istifadə tarixli, 501 partiya nömrəli), müayinələrə cəlb olunub.

Sınaq nəticəsində məhsul partiyasında “vitamin B12” miqdarının normadan aşağı olduğu müəyyən olunub.

Uyğunsuzluq aşkarlanan məhsul partiyası barədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qərar qəbul edilərək məhv edilib.

Seçilən
46
teleqraf.com

1Mənbələr