Bakı. Trend:
Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamiləqəbuledilməzdir.
Trend xəbərverir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldsosial şəbəkə hesabındakı paylaşımında yazıb.
“Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edənistənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamdaAzərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik başverənləri yaxından izləyir”, - deyə o bildirib.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.
Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.