AZ

SEPAH-dan ABŞ ordusuna sərt xəbərdarlıq

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbçiləri ilə bağlı sərt bəyanat yayıb.

NOCOMMENT.az xəbər verir ki, SEPAH-ın açıqlamasında ABŞ əsgərlərinin regiondakı bəzi hərbi bazaları tərk edərək ev sahibi ölkələrdə yerləşən otellərə sığındıqları iddia olunub. Bildirilir ki, ABŞ ordusu Fars körfəzi ölkələrində mülki obyektlərdən gizlənmək və fəaliyyətini ört-basdır etmək üçün istifadə edir.

Açıqlamada vurğulanıb ki, bu hərəkətlər SEPAH-ın kəşfiyyat nəzarətindən kənarda qalmayıb. İran tərəfi iddia edir ki, ABŞ ordusunun regiondakı fəaliyyətləri diqqətlə izlənilir.

SEPAH bəyan edib ki, İranın hərbi qüvvələri regionda yerləşən ABŞ ordusunun hərəkətlərini nəzarətdə saxlayır və “təcavüzkar qüvvələrə” qarşı hazır vəziyyətdədir. Açıqlamada həmçinin qeyd olunub ki, SEPAH qüvvələri ABŞ hərbçilərinin bölgədən qaçmasına imkan verməyəcək.

Seçilən
89
nocomment.az

1Mənbələr