AZ

Mollalar son patronu ayaqlarına sıxır?



Azər Məmmədov,
aia.az saytının baş redaktoru



İranın terror maşını tərəfindən Azərbaycanın qədim qalası Naxçıvana – dinc insanların nəfəs aldığı mülki hava limanına endirilən dron zərbələri molla rejiminin onilliklərdir içində boğulduğu Türk nifrətinin qusuntusudur. Bu, sadəcə bir təxribat deyil; bu, qonşuluq maskası taxmış xain bir dövlətin Azərbaycana qarşı apardığı açıq terror və alçaqlıq aktıdır. Mülki infrastrukturu hədəf almaq müharibə deyil, acizliyin, qorxaqlığın və mənəvi cılızlığın ən rəzil formasıdır.

Özünü saxta "İslam hamisi" elan edən Tehranın qanlı diktaturası, 30 il boyunca erməni faşistlərinin dəyirmanına su tökməklə məşğul idi. Şuşada, Ağdamda məscidlərimizə donuzlar doldurulanda, müqəddəs ocaqlarımız murdarlananda bu "dindarlar" erməni qatilləri ilə qucaqlaşıb iqtisadi-hərbi sövdələşmələr qururdular. Məscid dağıdanla əlbir olanın İslamdan dəm vurması riyakarlığın zirvəsidir! Onlar üçün məzhəb və din yalnız fars şovinizmini gizlətmək üçün istifadə olunan kirli bir cındırdır. Erməni qəsbkarını yanacaq və silahla təmin edib Azərbaycanın üstünə salan molla rejimi, bu gün də eyni düşmənçiliyi Naxçıvana hücum etməklə davam etdirir.

Azərbaycan dövləti hər zaman qonşuluq haqqını qoruyub, lakin qarşısındakı rejim bu haqqı anlamayacaq qədər nankordur. Prezident İlham Əliyevin İranın Ali Liderinin ölümü zamanı nümayiş etdirdiyi yüksək dövlət etikasına və başsağlığına dron zərbələri ilə cavab vermək, Tehranın yalnız gücdən və yumruqdan anladığını sübut edir. Azərbaycanın səbri tükənməz deyil; bizə uzanan hər bir xain əli yerindəcə qırmaq və həmin dronları onların öz başına uçurmaq üçün gücümüz də, iradəmiz də var! Azərbaycana hücum edənlərin aqibəti tarixin qanlı səhifələrindədir, İran rejimi də bu qorxaq əməlinə görə ən ağır, ən acınacaqlı bədəli ödəyəcək!

Artıq kifayətdir! Tehrandakı çürümüş rejim onilliklərdir Güney Azərbaycandakı 40 milyon soydaşımızın bağrına qənim kəsilib. Urmu gölünü qəsdən qurudub milyonlarla insanı ekoloji soyqırımla hədələyənlər, uşaqlara öz ana dilini qadağan edib milli fəalları zindanlarda çürüdənlər bilməlidirlər ki, artıq yolun sonuna gəliblər. Naxçıvana atılan hər bir mərmi əslində Güney Azərbaycanın milli qurtuluş alovunu daha da gücləndirir.

Tarixi fürsət qapıdadır! Ey Güney Azərbaycanın qeyrətli oğul və qızları! Öz qardaşının evini vuran, dinc sakinlərə dronla hücum edən bu nankor və qatil rejimə layiq olduğu cavabı vermək vaxtıdır. Səttarxanların, Bağırxanların, Xiyabanilərin ruhu sizi ayağa səsləyir! Bu zülm aparatını tarixin zibilliyinə göndərməyin, milli dövlətinizi qurmağın və bütöv Azərbaycanın sarsılmaz gücünü dünyaya göstərməyin vaxtı çatmışdır.
Azadlıq qanla qazanılar, ləyaqət isə susmaqla deyil, yumruğu sıxmaqla qorunar!





Seçilən
10
3
aia.az

4Mənbələr