AZ

Buzovnada “Albalılıq elektrik avtobus deposu” istifadəyə verilib

“BakuBus” MMC tərəfindən paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində “Albalılıq elektrik avtobus deposu” istifadəyə verilib.

Depoda 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd “BYD” markalı tam elektrik mühərrikli avtobusa xidmət göstəriləcək.

Avtobuslar 77 və 81 nəfərlik sərnişin tutumuna malikdir.

Yeni avtobuslar 8 qəsəbə və 1 kənd üzrə – Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa, Ramana və Nardaran qəsəbələri, eləcə də Məmmədli kəndini “Koroğlu” NMM ilə əlaqələndirəcək.

Seçilən
97
ucnoqta.az

1Mənbələr