AZ

İsrail XİN rəhbərinin müavini: “Naxçıvan hava limanına hücum…”

İsrailin xarici işlər nazirinin müavini Şaren Haskel Naxçıvan hava limanına hücumla bağlı sərt bəyanatla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, Haskel sosial şəbəkə X-də paylaşım edərək bildirib ki, Azərbaycanda baş verən son hadisə İranın nəzarəti itirdiyini göstərən növbəti sübutdur. Onun sözlərinə görə, ayətullah rejimi qonşu ölkənin mülki hava limanına raket və pilotsuz uçuş aparatları göndərməklə artıq öz niyyətini gizlətmir.

İsrailli diplomat qeyd edib ki, Tehran uzun illər müxtəlif qruplaşmalar vasitəsilə fəaliyyət göstərsə də, indi artıq birbaşa hücumlara keçib. Haskel bildirib ki, İranın davranışı regionda xaos yaratmağa yönəlib və bu vəziyyət beynəlxalq ictimaiyyət üçün ciddi təhlükədir.

O vurğulayıb ki, bəzi ölkələr hələ də bu prosesdən kənarda qala biləcəklərini düşünsələr də, artıq reallıq dəyişib və İranın fəaliyyəti bütün region üçün risk yaradır. Haskel əlavə edib ki, Tehran yalnız beynəlxalq birlik tərəfindən dayandırıldığı halda geri çəkilə bilər.

Qeyd edək ki, Naxçıvan hava limanı ilə bağlı yayılan məlumatlar regionda gərginliyin daha da artdığı bir dövrə təsadüf edir və məsələ beynəlxalq səviyyədə müzakirə olunmağa davam edir.

Seçilən
61
nocomment.az

1Mənbələr