İngiltərə Çempionşipindən Premyer Liqaya yüksələn komandaların pley-off formatı dəyişəcək.
90deqiqe.Az İngiltərə Futbol Liqasınıın rəsmi saytına istinadən xəbər verir ki, ənənəyə görə, birinci və ikinci yerləri tutan komandalar birbaşa Premyer Liqaya çıxır, üçüncü yer isə play-off vasitəsilə müəyyən edilirdi. Əvvəllər play-off dörd komanda – üçüncü ilə altıncı yerləri tutanlar arasında keçirilirdi.
Lakin 2026/2027 mövsümündən etibarən play-off iştirakçı komandaların sayı altıya yüksələcək. Yekun format bu il müəyyən ediləcək. Yeni qaydaya əsasən, pley-off matçlarının sayı əvvəlki beş yox, yeddi olacaq.
Bu dəyişikliklə Çempionşipdən Premyer Liqaya yüksəlmək üçün mübarizə daha rəqabətli olacaq.