Rusiya məhkəməsi erməni əsilli bloger Arsen Markaryanı 4,5 il müddətinə azadlıqdan məhrum edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Markaryan nasizmi reabilitasiya etməkdə və Sovet İttifaqı qəhrəmanınıb xatirəsini təhqir etməkdə ittiham olunaraq 4 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
İttiham tərəfinin iddiasına görə, o, 2025-ci ildə nasist ideologiyasını haqlı çıxarıb və videolarında Sovet İttifaqı Qəhrəmanı Aleksandr Matrosov haqqında təhqiramiz ifadələr işlədib.