AZ

Helium şarları ilə oynayan 2 azyaşlının üzü yandı

Helium şarları ilə oynayan 2 uşaq balonun partlaması nəticəsində yanıq xəsarəti alıb.

Ölkə.Az “hürriyet”ə istinadla xəbər verir ki, hadisə Türkiyənin Diyarbəkir şəhərinin Kayapınar rayonunda qeydə alınıb.

Belə ki, 2 azyaşlı qız parkda helium şarları ilə oynayan zamanı balona doğru alışqan yandırıblar. Bu da partlayışa səbəb olub.

Hadisə nəticəsində azyaşlılar üzündən yaralanıb.

Əraziyə dərhal təcili tibbi yardım briqadaları cəlb edilib, yaralılar xəstəxanaya yerləşdirilib.

Billurə
 

Seçilən
103
1
olke.az

2Mənbələr