AZ

"ING Group" 2028-ci ilə qədər Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib

Bakı. Trend:

Niderlandın ING Group şirkətinin qiymətləndirmələrinə əsasən,Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə müvafiq olaraq5,4% və 4,6% səviyyəsində olacağı gözlənilir.

Bu barədə Trendqrupa istinadən xəbər verir.

Əvvəlki hesabatda 2026 və 2027-ci illər üzrə proqnozlar müvafiqolaraq 5% və 8,9% səviyyəsində göstərilmişdi.

2026-cı il üzrə rüblük proqnoz aşağıdakıkimidir:
I rüb — 6%,
II rüb — 5,7%,
III rüb — 5,1%,
IV rüb — 4,9%.

2027-ci il üzrə rüblük proqnoz:
I rüb — 4,4%,
II rüb — 4,5%,
III rüb — 4,7%,
IV rüb — 4,9%.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilinyanvar ayı ilə müqayisədə 105,7% təşkil edib. O cümlədən, ərzaqməhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1%,qeyri-ərzaq malları üzrə 103,5%, əhaliyə göstərilən ödənişlixidmətlər üzrə isə 105,6% olub.

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlkiayla müqayisədə 101,5% təşkil edib.

Həmin ayda ərzaq məhsulları, alkoqollu içkilər və tütünməmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aylamüqayisədə 101,3% olub.

Məqalədə:
Seçilən
116
az.trend.az

1Mənbələr