Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Direktoru Fərhad Səfərov vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib.
Yanvar ayında onun 65 illik yubileyi keçirilib.
Qeyd edək ki, Fərhad Səfərov Sabir oğlu 1961-ci il yanvar ayının 5-də Əli Bayramlı rayonunun, Qaragünə kəndində anadan olmuşdur. 1977-ci ildə, Bakı şəhər Kimya və Biologiya təmayüllü internat məktəbi bitirib. 1980-cı ildə, Nəriman Nərimanov adına Tibb İnstitunun müalicə-profilaktika fakultəsinə qəbul olub. 1986-cı ildə, həmin İnstitu Cərrah ixtisası üzrə bitirib. Bir il internatura keçildikdən sonra 1987-ci ildə Əli Bayramlı ŞMX-da cərrah həkim kimi fəaliyyətə başlamışdır. 1997-ci ildən 2010-cu ilədək, Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2011-ci ildən 2020-ci ilədək, Şirvan ŞMX-nın Baş həkimi, sonra isə Direktoru vəzifəsində işləmişdir. 2022-2023 il tarixlərində, Hacıqabul RMX-nın Publik Hüquqi Şəxs Direktoru işləmişdir. 2024-cü ilin sentyabr ayından, bu günə qədər Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Direktoru vəzifəsində işləyirdi.
