AZ

Günəşdə güclü partlayışlar 2028-ci ilə qədər davam edəcək

2026-cı ilin sonuna qədər Günəş səthində təqribən 5-10 ədəd X kateqoriyalı partlayışın qeydə alınması ehtimal edilir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu yayıb.
 

İnstitutdan verilən məlumata görə, M və X dərəcəli Günəş partlayışlarının təxminən 2028-ci ilə qədər müşahidə olunacağı gözlənilir. Bu tarixdən sonra onlar səngiyəcəklər. Cari ildə daha 5-10 X səviyyəli partlayışın olması ehtimal edilir.


Günəşdəki partlayışlar yaydıqları rentgen şüalanmasının intensivliyinə görə beş əsas qrupa ayrılır: A, B, C, M və X. Ən aşağı səviyyə olan A0.0 Yer kürəsinin orbitində hər kvadratmetrə düşən 10 nanovat radiasiya gücünə bərabərdir. Hər növbəti hərfə keçid zamanı güc on qat artır.

Bu cür alovlanmalar, adətən, günəş plazması kütlələrinin atılması ilə nəticələnir ki, bu da Yerə çatdıqda geomaqnit fırtınalar yarada bilər.

Bizim.Media

Seçilən
48
4
bizim.media

5Mənbələr